Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi elektron xidmətlərlə bağlı interaktiv sorğu keçirir


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) rəsmi internet saytında (scs.gov.az) elektron xidmətlərinə dair interaktiv sorğu keçirir.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sorğu çərçivəsində respondentlərə “QKDK tərəfindən elektron xidmətlərin göstərilməsinin təşkili və faydalılığı sizi qane edirmi?” sualı ünvanlanıb.
 
Sorğuda iştirak edənlər komitənin elektron xidmətlərinin təşkili və faydalılığını “Bəli”, “Xeyr” və ya “Orta” kimi dəyərləndirə bilərlər.
 
Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Qiymətli kağızların qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “Xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Lotereyanın təşkili və keçirilməsinin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “Qiymətli kağızlar bazarının iştirakçıları tərəfindən hesabatların onlayn təqdim edilməsi”, “Qiymətli kağızların dövriyyədən çıxarılması üçün müraciətin və sənədlərin qəbulu”, “Emitentlərin adlarının dəyişməsi ilə əlaqədar qiymətli kağızların dövlət reyestrində dəyişikliklərin edilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Qiymətli kağızların girovda olub-olmaması barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Qiymətli kağızlarla girova xitam verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Qiymətli kağızlar bazarı iştirakçılarının attestasiyadan keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Lotereya təşkilatçılarının, idman-mərc və cıdır-şans (totalizator) oyunlarının operatorları tərəfindən hesabatların onlayn təqdim olunması”, “Cərimənin ödənişi”,  “Müraciət kodunun əldə edilməsi” və “Müraciətin statusu” elektron xidmətlərini təqdim edir.
 
CAHANGİR




02/11/15    Çap et