Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Windows 10» dünya masaüstü əməliyyat sistemi bazarının 10 faizinə nəzarət edir


«NetMarketShare» şirkətinin məlumatına görə, masaüstü kompüterlərdə istifadə olunan dünya əməliyyat sistemləri bazarında «Windows 10» platformasının bazar payı 10 faizə yaxınlaşıb.
 
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, 2015-ci ilin oktyabrı üzrə statistikaya əsasən, dünyada mövcud masaüstü kompüterlər və noutbukların təxminən 8 faizi «Windows 10» sistemi ilə işləyir.
 
 
Bildiyimiz kimi, «Windows 10» ƏS 2015-ci il iyulun sonunda bazara çıxarılıb. İlk 24 saat ərzində ƏS 14 milyon qurğuya quraşdırılıb və 3 həftə sonra bu göstərici 53 milyon olub. Oktyabrın sonuna sözügedən platformanın quraşdırılma sayı 120 milyona yaxınlaşıb. «Microsoft» korporasiyası ümid edir ki, yaxın 2-3 ildə təxminən 1 milyard qurğu «Windows 10» sistemi ilə işləyəcək.
 
 
Hələ ki «Windows 7» ən populyar masaüstü əməliyyat sistemidir, 2015-ci ilin oktyabrında bu platformanın bazar payı 55,71 faiz təşkil edib. Cari ilin iyul ayı ilə müqayisədə («Windows 10» çıxarılıb) «Windows 7»-nin bazar payı 5 faiz azalıb.
 
 
«Windows 8.1» sisteminin bazar payı 2015-ci ilin sentyabrında 10,72-dən bir ay sonra 10,68 faizədək azalıb. Cari artım tempini nəzərə alsaq «Windows 10» 2016-cı ilin əvvəlində «Windows 8.1»-dən daha populyar ola bilər.
 
 
Emil Hüseynov




02/11/15    Çap et