Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni elektron arayış istifadəyə verəcək


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “Elektron hökumət” portalı üzərindən vətəndaşların ixtiyarına yeni elektron çıxarış (arayış) təqdim edəcək.
 
RYTN-in Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, bu çıxarışda vətəndaşa məxsus stasionar telefonlar vasitəsilə təqdim edilən rabitə xidmətləri (aylıq abunə haqqı, şəhərlərarası və beynəlxalq danışıqlar, müxtəlif servislər internet xidmətləri və s.)  üzrə son 12 ay ərzində  hesablanmış və ödənilmiş məbləğ avtomatik sistem tərəfindən formalaşdırılacaq.
 
Qeyd edək ki, RYTN-in tətbiq etdiyi çıxarış bu sahədə bir ilk olmaqla digər qurumlar üçün də nümunə olacaq. Sözügedən arayışın timsalında digər xidmət və rüsumların ödənişlərini həyata keçirən dövlət və qeyri-dövlət təşkilatlarımız da bu nümunəyə qoşularaq xidmət haqqının hesablanmış məbləğləri və ödənişləri haqda uyğun servisləri hazırlayaraq “Elektron hökumət” portalına təqdim edə bilər.
 
CAHANGİR
 




02/11/15    Çap et