Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Gələcəyin antivirusu» yeniləmə olmadan işləyə bilər


Tədqiqatçılar  antivirusun yeniləməsi olmadan zərərli kodları aşkarlamağa imkan verən alqoritm üzərində işləyir.

 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, hazırda mövcud olan antiviruslar yalnız yeniləmələri çıxan təhdid və zərərli kodları aşkar edir. İndi İsraildə təsis edilmiş «Deep Instinct» startapının tədqiqatçıları proqram təminatını yeniləməyən alqoritmin yaradılması üzərində işləyir. Antivirus zərərli proqram təminatının aşkar edilməsi ehtimalını 20 faiz yüksəltməyə imkan verəcək.

 
Belə antivirusun hazırlanması haqqında şirkətin bəyanatları (ərizələri) rəsmən təsdiq edilmiş deyil, ancaq ola bilər ki, tezliklə istifadəçilər öz antivirusunun yenilənməsi haqqında fikirləşməyəcəklər.

 
Emil Hüseynov




03/11/15    Çap et