Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Robotlar yük daşıyacaq


“Starship Technologies” startapı çərçivəsində yükləri çatdıracaq təkərli robotlar parkının yaradılması planlaşdırılır. Bu barədə şirkətin məlumatında deyilir.
 
“Skype” həmtəsisçiləri Yanus Friis və Ahti Heynl yüklərin lokal çatdırılması ilə məşğul olacaq layihəni istifadəyə veriblər. Robotların malları çatdıracağı məsafə 5 km-dək təşkil edəcək. Onlar 6,5 km/saat sürətində hərəkət edərək işıqforun siqnalına reaksiya verəcək və müxtəlif maneələri dəf edəcəklər. 18 kq-dək yükləri daşıya biləcək robotlar təyinat yerinə çatandan sonra sifarişçi mobil əlavənin köməyi ilə baqaj bölməsini açaraq sifariş etdiyi malı ala biləcək. Yükün 5-30 dəqiqə ərzində çatdırılması nəzərdə tutulur.  
 
Şirkət nümayəndələrinin fikrincə, belə robotlardan istifadə çatdırılma qiymətini 10-15 dəfə azaldacaq, - “Qazeta” yazır.




03/11/15    Çap et