“Ericsson” və “LG” birgə müəssisəsinin yeni rəhbərinin adını açıqlayıb
“Ericsson” və “LG” şirkətləri telekommunikasiya avadanlığı istehsalında ixtisaslaşan birgə müəssisəsinin yeni baş direktorunun adını açıqlayıb.
Məlumata görə, “Ericsson-LG” müəssisəsinin rəhbəri vəzifəsinə Patrik Yohansson təyin edilib. O, yeni vəzifəyə təyin olunmamışdan əvvəl şirkətin Cənubi Koreyada korporativ biznes üzrə vitse-prezidenti vəzifəsini tutub.
“Ericsson” şirkətində 1997-ci ildə fəaliyyətə başlayan P.Yohansson o vaxtdan bir neçə vəzifədə çalışıb. O, 2012-ci ildə “Ericsson-LG” Direktorlar Şurasının tərkibinə daxil olub. Bundan başqa, “Ericsson”un Hindistan, Avstriya, Çin və Vyetnam ofislərində işləyib.
2005-ci ildə təsis edilən “Ericsson-LG” mobil şəbəkələr üçün ən böyük avadanlıq istehsalçısı üçlüyünə daxildir. Lider 40 faizlik bazar payı ilə “Samsung” şirkətidir, “Nokia” və “Ericsson-LG” ikinci yer uğrunda mübarizə aparır. "Ericsson”un birgə müəssisədə payı 75 faiz təşkil edir, qalan 25 faiz “LG Electronics” şirkətinə məxsusdur, -
“DailyComm” yazır.