Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HP” iki şirkətə ayrılıb


ABŞ-ın "Hewlett-Packard” (HP) korporasiyası ikiyə - "HP Incorporated” və “HP Enterprise” şirkətlərinə bölünüb. Yeni şirkətlər “HP”-in Palo-Alto şəhərindəki bütün əsas ofislərindən istifadə edərək əməkdaşlar üçün iş yerlərini saxlayacaq. Şirkətlər həmçinin Uilyam Hyulett və Devid Pakkardın 1939-cu ildə korporasiyanı təsis etdiyi əfsanəvi qarajdan yararlana biləcək.

 
Kompüter və printerlərin hazırlanması ilə məşğul olacaq "HP Incorporated” tədqiqat laboratoriyalarında yerləşəcək, şirkət təsisçilərinin 1990-cı ildən toxunulmaz qalan ofisləri isə yenidən istismara verilərək şirkət əməkdaşları tərəfindən istifadə olunacaq.

 
“HP Enterprise” müəssisələr üçün proqram təminatı və xidmətlərin yaradılması ilə məşğul olacaq.

 
“Biz iki yeni böyük şirkət yaradırıq ki, vəziyyəti dəyişmək üçün real imkanlar əldə edək”, - “HP”-in icraçı direktoru Meq Uitmen bildirib, - "4PDA” yazır.
 




03/11/15    Çap et