Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2020-ci ilədək hər yerdə kartla ödəniş mümkün olacaq
«RBR» tədqiqat şirkətinin hesabatına əsasən, növbəti 5 ildə dünyada ödənişi qəbul edən nöqtələrin sayı iki dəfə artacaq. Belə ki, 2014-cü ilin sonuna dünyada bank kartları üzərindən ödənişi qəbul edən 46,6 milyon ticarət nöqtəsi olub, artıq 2020-ci ilə onların sayı 90,3 milyona yaxınlaşacaq.
Yeni bazarların inkişafı
Analitiklərin qiymətləndirməsinə görə, əsas inkişaf Asiya-Sakit okean regionu, Çin və Hindistan kimi ölkələrin payına düşəcək. Maraqlıdır ki, əvvəllər istehlakçıların istifadə edə bilmədiyi regionlarda kartları qəbul edən terminalların quraşdırılması hesabına inkişafa nail olunacaq.
Bu regionun sürətli inkişafına baxmayaraq, Avropa və Şimali Amerika ilə müqayisədə ödəmə infrastrukturu əvvəlki kimi zəif inkişaf edib.
Asiya-Sakit okean regionundan başqa yaxın illərdə Mərkəzi və Şərqi Avropa, həmçinin Latın Amerikasında sürətli inkişaf qeydə alınacaq.
Başqa regionlarda artım tempi zəif olacaq.
Emil Hüseynov
03/11/15 Çap et