“Sony” şirkəti Bakıda yeni məhsullarının təqdimatını keçirib
Bu gün "Sony" korporasiyası Azərbaycanda pərakəndə satış şəbəkəsinin və təklif olunan xidmətlər sayının genişləndirilməsi ilə əlaqədar təqdimat keçirib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə çıxış edən "Sony Middle East" şirkətinin rəhbəri Satoru Arayi bildirib ki, Bakının mövcud işgüzar potensialı "Sony" üçün yaxşı perspektivlər nümayiş etdirir və məhz buna görə sözügedən bazarla bağlı şirkətin böyük planları var.
Tədbirdə 4K X1 prosessoru ilə təchiz olunmuş "BRAVIA™ 4K LCD X9005C" televizorunun təqdimatı keçirilib.
Bununla yanaşı, "Sony" şirkəti yeni nəsil yüksək keyfiyyətli audioməhsulların, o cümlədən dəbli
qulaqcıqlar və hər bir şəxsin fərdi zövqünü oxşayacaq geniş rəng çeşidi ilə təklif olunan "
Walkman"® cihazını, "Sony" rəqəmsal vizuallaşdırma flaqmanı olan "α7R II" məhsulunu, yeni "RX" seriyalı kameralarını nümayiş etdirib.
Aynur Vəliyeva