Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«Google» şirkəti Avropa Komissiyası ilə razılığa gəlmədi
ABŞ-ın «Google» internet şirkətinin sahibi «Alphabet Inc.» holdinqi Avropa Komissiyasının rəqabət qaydalarını pozmağa dair ittihamlarına ətraflı cavab göndərib. «The Wall Street Journal» onlayn nəşri yazır ki, internet nəhəngi məhkəmədə öz mövqeyini müdafiə etməyə hazırdır.
«ICTnews.az» saytı «interfax.ru» saytına istinadən yazır ki, cari araşdırma artıq 5 ildir davam edir və 2015-ci ildə Avropa Komissiyası sözügedən şirkətə qarşı rəsmi ittiham irəli sürməyə dair qərar qəbul edib. Avropa Komissiyası əsasən «Google»un məhsulların müqayisəsi xidmətinin işi ilə maraqlanır, internet şirkətini ədalətli rəqabət qaydalarını pozmaqda şübhəli bilir. «Google» 6,6 milyard məbləğində cərimələnə bilər.
«Google»un nümayəndəsi isə cavabında deyib ki, araşdırmalar və şirkəti cərimələmək üçün heç bir əsas yoxdur. "Əslində, Avropa Komissiyası bizdən rəqiblərin xeyrinə göstərilən xidmətlərin keyfiyyətindən əl çəkməyi tələb edir" - sənəddə yazılıb.
Ekspertlərin qiymətləndirməsinə görə, məhkəmə təhqiqatı uzun illər davam edə bilər.
Daha əvvəl Avropa Komissiyasının rəqəmli iqtisadiyyat məsələləri üzrə komissarı Hünter Ettinqer bildirib ki, Avropa Komissiyası antiinhisar siyasəti sahəsində öz sərt mövqeyini göstərməlidir". Onun sözlərinə görə, Avropa Birliyi internet platformaları və axtarış maşınlarını Avropada müəyyənləşdirilmiş qaydalara riayət etməyə məcbur etməlidir".
Emil Hüseynov
04/11/15 Çap et