Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ilə dünyada «VoLTE» abunəçilərinin sayı 2 milyarda yaxınlaşacaq


Telekommunikasiya sahəsində dünyada ən nəhəng tədqiqat agentliyi olan «Juniper Research» yaxın 5 ildə dünyada «LTE» şəbəkələrinin inkişaf proqnozunu dərc edib. Proqnoza görə, 2020-ci ilə dünyada «VoLTE» abunəçilərinin sayı 2 milyarda yaxınlaşacaq ki, bu da 2015-ci illə (123 milyon) müqayisədə 16 dəfə çoxdur.
 
 
«ICTnews.az» saytı «tdaily.ru» saytına istinadən yazır ki, ötürülən danışığın keyfiyyətinin xeyli yaxşılaşması bu texnologiyanın nüfuzetmə səviyyəsinin artımında əsas rol oynayacaq.
 
 
Qoşulmaların böyük hissəsi (50 faizdən yuxarı) Çin daxil olmaqla Asiya-Sakit okean regionunun payına düşəcək. 2020-ci ilə «VoLTE»-dən əldə olunan gəlirin həcmi 100 milyardı ötəcək.
 
 
Emil Hüseynov




04/11/15    Çap et