Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Supermarketlərdə postterminalların sayı artırılır


“Eurovision” mahnı yarışmasına hazırlıq çərçivəsində iri supermarketlərdə postterminalların qurulmasına başlanılıb.

“Bizim market” şirkətlər qrupunun maliyyə departamentinin rəhbəri Yaşar Abbasov “ictnews”-ə bildirib ki, şirkətlər qrupunun 6 böyük supermarketində Azərbaycan Sənaye Bankının və “Texnikabank”ın postterminalları qurulub.

Vətəndaşlar nağdsız ödəniş imkanlarından istifadə edərək postterminallar vasitəsilə ödənişlərini edə bilərlər.

“Neptun” supermarket şəbəkələri birliyindən verilən məlumatda bildirilir ki, onların qarşısında da bu istiqamətdə genişləndirmə işlərinin aparılması tələbi qoyulub.

Qeyd edək ki, Mərkəzi Bank elektron ticarətin daha səmərəli şəkildə formalaşdırılıb yayılması üçün vergi xidmətlərində bəzi dəyişikliklərin edilməsini labüd sayır.




16/09/11    Çap et