Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qatarda «Wi-Fi» işləmədiyi halda britaniyalıların pulu geri qaytarılacaq
Britaniya hökumətinin yeni planına əsasən, sərnişinlər getdiyi qatarda internet qoşulmanın işləmədiyi halda biletin dəyərinin qaytarılmasını tələb edə bilərlər.
«ICTnews.az» saytı «euromag.ru» saytına istinadən yazır ki, Britaniyanın dəmir yolunda üzərində «Wi-Fi» nişanı olan qatarla səyahət edən istənilən şəxs simsiz internet qoşulmadan istifadə edə bilmədiyi halda gediş haqqı üçün ödədiyi məbləği geri qaytarmağı tələb edə bilər.
Bundan başqa, vaqonda boş yer tapa bilməyən birinci dərəcəli sərnişinlər, həmçinin gediş haqqı üçün ödədiyi məbləği geri qaytarmağı tələb edə bilər.
Nəqliyyat departamenti gələn ilin aprelində yeni reqlamentin tətbiqini planlaşdırır.
Emil Hüseynov
04/11/15 Çap et