Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Facebook» istifadəçiləri real hisslər yaşayacaq


«Facebook» sosial şəbəkəsinin 2025-ci ilə yaratmağı planlaşdırdığı "teleportasiya edən" qurğunun köməyi ilə istifadəçilər virtual dünyada realda olduğu kimi hiss edə biləcək. Şirkətin 2025-ci ilə teleport yaratmaq planı haqda Dublində keçirilmiş «Web Summit» illik texnologiya konfransının açılışında çıxış etmiş «Facebook»un texniki direktoru Mayk Şrepfer məlumat verib.
 
 
«ICTnews.az» saytı «rbc.ru» saytına istinadən yazır ki, "Facebook sizə coğrafi sərhədlərdən asılı olmayaraq istədiyiniz yerdə olmağa imkan verən qurğu yaratmaq istəyir" - «Business Insider» nəşri Şrepferdən sitat gətirib.
 
 
Bunun üçün «Oculus» virtual reallıq şlemi üzərində aparılan təkmilləşdirmələr davam etdiriləcək. Yada salaq ki, «Facebook» 2014-cü ildə sözügedən istehsalçını 2 milyard dollara satın alıb.
 
 
Emil Hüseynov
 
 




04/11/15    Çap et