Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İT sənayesinin liderləri maliyyə koalisiyası yaradıb


"Amazon", "Apple", "Google", "Intuit" və "PayPal" kimi qlobal texnoloji şirkətlər "Financial Innovation Now" maliyyə innovasiyaları koalisiyası təsis ediblər. Təşəbbüsün məqsədi maliyyə xidmətləri sahəsində innovasiyaların tətbiqi üçün əlverişli qanunvericilik şəraiti yaratmaqdır.
 
Təşkilat nümayəndələrinin fikrincə, maliyyə innovasiyaları istifadəçilər üçün maliyyə alətləri və xidmətlərindən istifadəni sadələşdirməsi, istifadə rahatlığını artırması, pula qənaət etməsi və xərcləri azaltmasına görə faydalı olacaq.
 
Bundan başqa, koalisiya kiçik biznesin strateji həllərin qəbulu və məlumatların mühafizəsi üçün kapital və analitik alətlərdən geniş istifadəsini təmin etməyə çalışacaq.
 
"Financial Innovation Now" təhlükəsizliyin təmininə və yeni texnologiyalara inamın artırılmasına, maliyyə xidmətlərindən istifadənin genişlənməsinə, real vaxt rejimində ödənişlərin emalına, özəl şəxslərin və kiçik biznesin kreditləşməsi üçün onlayn bazarın inkişafına yönələn siyasət aparacaq.
 
Normativ-hüquqi baza bu innovasiyalara maliyyə bazarında möhkəmlənməyə imkan verəcək, - "Payspacemagazine" yazır.
 




04/11/15    Çap et