Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda xarici ölkələrin elektron imza sertifikatlarının tanınması nəzərdə tutulur


Hal-hazırda xarici ölkələrin elektron imza sertifikatları Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən tanınmır, lakin gələcəkdə e-imza sertifikatlarının istifadə sahəsinin daha da genişlənməsindən sonra bu məsələyə yenidən baxmaq olar.  

 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mailov deyib.

 
A.Mailov qeyd edib ki, xarici ölkələrdə verilmiş sertifikatların tanınması “Elektron imza və elektron sənəd haqqında”  Azərbaycan Respublikasının 9 mart 2004-cü il tarixli Qanununun  16-cı maddəsi ilə
tənzimlənir.
 
CAHANGİR




04/11/15    Çap et