Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ivi” onlayn kinoteatrı Azərbaycan bazarına daxil olur


Rusiyanın “Ivi” onlayn kinoteatrı 11 ölkənin bazarına çıxmaq niyyətindədir və bu ölkələr arasında Azərbaycan da var.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu günədək “Ivi”-nin kontentindən yalnız Rusiya ərazisində istifadə etmək olardı, lakin şirkət MDB ölkələri ilə yeni yayım hüquqlarının əldə edilməsi ilə bağlı müqavilə bağlayıb. Müqaviləyə əsasən, digər ölkələrin  istifadəçiləri “Ivi”-nin saytından və “Smart” TV üçün əlavə proqramdan istifadə etmək imkanı əldə ediblər, yaxın zamanda isə onlar artıq mobil əlavələrdən istifadə edə biləcəklər.
 
Bu gün Rusiyada onlayn kinoteatrın auditoriyası 24 milyon istifadəçidən ibarətdir, MDB məkanında isə ehtimal edilən izləyici sayı ayda 50-60 milyon təşkil edəcək.
 
Aynur Vəliyeva




05/11/15    Çap et