Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“R.I.S.K.” və “Cisco” şirkətləri maliyyə sektoru üçün yeni həllərini təqdim ediblər
Bu günlərdə “R.I.S.K.” və “Cisco” şirkətləri Qubada “Maliyyə sektoru üçün R.I.S.K. və Cisco həlləri” mövzusunda konfrans keçirib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə Azərbaycanın aparıcı maliyyə müəssisələrinin İТ mütəxəssisləri iştirak ediblər.
Konfrans çərçivəsində mövcud informasiya təhlükəsizliyi strategiyaları, məlumat emalı və saxlanması sistemləri üzrə ən yeni texnologiyalar haqda məruzələr təqdim edilib. İştirakçılara maliyyə xidmətləri bazarının oyunççularına tələb olunan çeviklik, mühafizə və idarəetməni təmin edən “Cisco Secure Data Center” platformasının imkanları və üstünlükləri haqda məlumatlar verilib. Eyni zamanda, “NG Firewall”, “IPS”, “ISE” servislərinin, “Cisco Unified Computing System” platformasının təqdim etdiyi imkanlar haqda bəhs edilib.
Konfransda şirkətlər, informasiya təhlükəsizliyinin və təhlükəsizlik hadisələrinin etibarlı idarə edilməsini təmin edən yeni nəsil “SIEM” (Security information and event management) təqdimatını keçiriblər.
Aynur Vəliyeva
05/11/15 Çap et