Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda elektron lisenziya portalının yaradılması üzrə işlər aparılır
Azərbaycan Prezidenti yanında Sosial İnnovasiyalar və Vətəndaşlara xidmət Agentliyi ilin sonuna kimi elektron lisenziya portalını istifadəyə vermək niyyətindədir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu portal sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşların lisenziya almaq məqsədi ilə müraciətlərinin elektron formada qəbulunu təşkil etmək məqsədi ilə yaradılır.
Hazırda artıq portalın yaradılması istiqamətində işlər aparılır və bu ilin sonuna kimi işə salınması istisna edilmir.
Portalın istifadəyə verilməsində əsas məqsəd vətəndaşla dövlət qulluqçusu arasında əlaqəni minimuma endirmək və vətəndaşların onlayn şəkildə, kompüterdən ayrılmadan tələb olunan sənədləri əldə etmələrinə şərait yaratmaqdır.
Qeyd edək ki, portal “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin fərmanı əsasında yaradılır.
Aynur Vəliyeva
06/11/15 Çap et