Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən aktiv internet alıcıları hansı regionda yaşayır?


Avropada elektron ticarətin inkişaf səviyyəsi ölkələr üzrə fərqlənir. Belə ki, Böyük Britaniyada onlayn ticarətin sahəsi pik nöqtəsinə çatdığı halda, Avropanın şərqində yerləşən ölkələrdə yalnız indi inkişaf etməyə başlayır.

Bundan başqa, Avropanın müxtəlif ölkələrinin sakinləri tərəfindən internetdə alış-veriş xərclərinin səviyyəsi fərqlənir.
 
 
«ICTnews.az» saytı «payspacemagazine.com» saytına istinadən yazır ki, Britaniyanın «Expert Market» analitik şirkəti tərəfindən yaradılmış infoqrafikada internet üzərindən alış-verişə daha çox pul xərcləyən ölkələrin reytinqi tərtib edilib.
 
 
Honkonq (2868$), Norveç (2448$) və İsrail (2171$) reytinqdə ön pillələrdə qərarlaşıb. İlk onluqda, həmçinin ABŞ (1757$), Danimarka (1744$), Böyük Britaniya (1629$), İsveçrə (1624$), Finlandiya (1548$), İsveç (1446$) və İrlandiya (1434$) ölkələri var.
 
 
Beləliklə, internet üzərindən alış-verişə daha çox pul xərcləyən ölkələrdən 7-si Avropada yerləşir.
 
 
Emil Hüseynov
 




06/11/15    Çap et