Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Earth” okeanların dibini də göstərəcək


“Google” şirkəti okeanların dib relyefinin yüksək kəskinlikdə təsvirini “Google Earth” proqramında "Okean" qatına əlavə edib. Faylı “Google Earth” saytından yükləmək olar. İstifadəçilər Atlantik okeanda 600 metrdən dərində yerləşən Hudzon kanyonunu, Sakit okeanda Lamont dağları zəncirini, ABŞ-ın Sakit okean sahilindəki Mendosino sualtı dağ silsiləsini və digər okean dibindəki obyektləri ətraflı öyrənə biləcəklər.
Hələ ki dünya okean dibinin yalnız 6%-nə yüksək kəskinlikdə baxmaq olar.
“Google” qatın yaradılması üçün 12 elmi təşkilat, həmçinin Kolumbiya
Universiteti yanında Lamont-Doqertinin geofiziki laboratoriyası tərəfindən verilmiş informasiyadan istifadə edib. Okean dibinin relyefi haqqında materialları laboratoriya 20 il ərzində toplayıb.
"Okean" qatı “Google Earth” proqramında iyunun 8-də, Ümumdünya Okean Günündə yenilənib.




10/06/11    Çap et