Sidneydə mağazalar nağdsız ödənişə keçib
Avstraliyanın Sidney şəhərinin mərkəzi küçələrindən biri banknot və qəpikləri qəbul etməkdən imtina edir. Belə ki, Kensinqton küçəsində ödənişi yalnız bank kartları ilə həyata keçirmək mümkündür.
Küçədə ilk mağaza nağd ödənişləri avqustdan qəbul etməməyə başlayıb. "Kopi-Tiam Spice Alley" Asiya qəlyanaltısının müştərilərinə içəriyə daxil olmazdan əvvəl ödənişin yalnız kartla olması barədə xəbərdarlıq edilib.
Şəhər hakimiyyəti nümayəndələrindən biri bu eksperimenti uğurlu hesab edərək Kensinqton küçəsində fəaliyyət göstərən ticarət nöqtələrinə təşəbbüsə dəstək verməyi təklif edib.
Bildirilir ki, indiyədək alıcılar tərəfindən narazılıq qeydə alınmayıb. Onlar sadəcə kartla ödəniş edirlər, çünki gələcək onunla bağlıdır.
Avstraliya Banklararası Hesablaşmalar Assosiasiyasının baş direktoru Kris Hamilton deyib ki, nağd vəsaitlərdən istifadə hər il 5 faiz azalır. Eyni zamanda, bank kartları vasitəsilə ödənilən alış-verişin sayı 9 faiz çoxalır, -
"Payspacemagazine" yazır.