Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün Braziliyada internet məsələləri üzrə forum öz işinə başlayacaq


Bu gün Braziliyada internetin idarəetmə məsələləri üzrə forum öz işinə başlayacaq. Kibertəhlükəsizlik, internetin iqtisadiyyatı, insan hüquqları və bir çox başqa məsələlər gündəlikdə olan mövzulardır.

 
Baş Katibin köməkçisi Lenni Моntyel hesab edir ki, forum müzakirə üçün universal meydança imkanı yaradır.

 
«ICTnews.az» saytı BMT-nin saytına istinadən yazır ki, "bu, ilk növbədə dünya hökumətləri, iri özəl şirkət və qlobal vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəldiyi azsaylı məkanlardan biridir. Onların bir neçə gün ərzində çox mühüm məsələləri birgə müzakirə etməsi faktı çox böyük addımdır, bu, böyük nailiyyətdir" - Lenni Моntyel deyib.

 
Bu forumda təxminən 2500 nümayəndə iştirak edəcək. Xatırladaq ki, 2006-cı ildə keçirilmiş ilk forumda yalnız 800 nümayəndə iştirak edib.
 

Emil Hüseynov




10/11/15    Çap et