Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada hər dördüncü sayt niyə «WordPress» platforması ilə işləyir?


2003-cü ildə heç kəsin tanımadığı proqramçı Mett Myullenveq «WordPress» mühərrikini yaradaraq istifadəyə verdikdə kim düşünərdi ki bu platforma illər sonra bu qədər populyarlaşacaq? «W3Techs»in 8 noyabr tarixinə olan məlumatına görə, indi dünyadakı saytların 25 faizi «Wordpress» əsasında işləyir.
 
 
Müqayisə üçün bildirək ki, 2015-ci ilin yanvarında «Wordpress»in bazar payı 23,3 faiz, 2014-cü ilin yanvarında 21 faiz, 2011-ci ildə isə 13,1 faiz təşkil edib.
 
 
Qeyd edək ki, «WordPress» saytları idarə sistemləri arasında böyük fərqlə liderdir. Məsələn, ikinci pillədə qərarlaşmış «Joomla» ilə işləyən saytların payı 2,8 faizdir. Növbəti pillələrdə «Drupal» (2,1 faiz), «Magento» (1,2 faiz) və «Blogger» (1,2 faiz) qərarlaşıb. Digər sistemlərin bazar payı isə 1 faizi ötmür.
 
 
Emil Hüseynov
 
 




10/11/15    Çap et