Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazirliyin saytının “Android” versiyası istifadəçilərin ixtiyarına verilib


Vergilər Nazirliyi “Android” platformalı smartfonlar üçün internet səhifəsinin   əlavəsini istifadəyə verib.
 
Nazirlikdən verilən məlumata görə, mobil tətbiq vasitəsi ilə “Haqqında”, “Qanunvericilik”, “Bəyannamə”, “Elektron xidmətlər”, “Bir pəncərə”, “Müraciətlər”, “Yeniliklər”, “Media” və digər bölmələrlə tanış olmaq mümkündür.
 
Yaxın günlərdə isə “iOS” əməliyyat sisteminin istifadəçiləri üçün müvafiq əlavə əlçatan olacaq.
 
CAHANGİR
 




10/11/15    Çap et