Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Almaniyada «Facebook» ilə bağlı araşdırmalara başlanılıb


Hamburq prokurorluğu sosial şəbəkədə irqçi şərhlərə məhəl qoymadığına görə «Facebook» şirkətinin Avropadakı direktoru barəsində araşdırmaya başlayıb.
 
 
 
Bu haqda qərar almaniyalı siyasətçi və ulduzların «Facebook»da alman dilində əcnəbilərə qarşı şərhlərinin sayının artması ilə bağlı narahatçılığından sonra qəbul olunub.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, Hamburq prokurorluğunun nümayəndəsinin məlumatına görə, «Facebook»un Şimali, Mərkəzi və Şərqi Avropada idarəedici direktoru Martin Ott sosial şəbəkədən belə şərhlərin silinmədiyinə görə günahkar ola bilər. "Biz hələ araşdırmanın çox erkən mərhələsindəyik" - o bildirib.
 
 
Xatırladaq ki, bundan əvvəl Almaniyanın kansleri Angela Merkel sosial şəbəkədə irqçi şərhlərin yayılması ilə bağlı Mark Zukerberqə öz narazılığını bildirib.
 
 
Emil Hüseynov




11/11/15    Çap et