“Kasperski laboratoriyası” infrastrukturun kiberterrorçuluqdan mühafizəsi üzrə tədbirləri gücləndirməyə çağırıb
“Kasperski laboratoriyası” şirkətinin baş direktoru Yevgeni Kasperski Yaponiyada keçirilən kibertəhlükəsizlik üzrə beynəlxalq konfransda çıxışı zamanı bəyan edib ki, hazırda infrastruktur obyektlərinin haker hücumlarından mühafizəsi üzrə görülən tədbirlər effektiv deyil və onları gücləndirmək lazımdır.
“Hazırda internetə qoşulmayan sistem, demək olar, yoxdur. Məsələn, proqram təminatının yenilənməsi üçün internetə qoşulmaq tələb olunur. Buna görə istənilən sistem kiberterrorçuluğun hədəfinə çevrilə bilər.
Gələcəkdə məqsədi mühüm infrastrukturun dağıdılması olan kiberterrorçuluğun həcminin artacağı gözlənilir. Ölkələrə baxsaq, orada pul və informasiya oğurlayan kibercinayətkarlarla mübarizənin aparılmasını görərik, lakin bu tədbirlər yetərli deyil”, - baş direktor bildirib, -
“3DNews” yazır.