Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bütün dünyada internet ucuzlaşır


Bu gün Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) yeni məruzə təqdim edib. Məruzədə bildirilib ki, informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı sahəsində ən qabaqcıl ölkə Koreya Respublikasıdır.

Ondan sonra İsveç, İslandiya, Danimarka və Finlandiya gəlir. Məruzə müəllifləri, həmçinin, internetin ucuzlaşdığını qeyd ediblər.

Bu gün BTİ-də dərc edilmiş yeni məlumatlar onu göstərir ki, informasiya kommunikasiya texnologiyalarının (İKT) yüksəlişi bütün dünyada sürətlənir. Bununla belə telefon əlaqəsi və genişzolaqlı internetin xidmətlərinin qiyməti aşağı düşməkdədir.

İKT xidmətlərinə görə ən aşağı qiymətlər Monako, Makao (Çin), Lixtenşteyn, Honkonq (Çin), BƏƏ-lər, Sinqapur, Lüksemburq, Norveç, İslandiya, Danimarka, Avstriya və ABŞ-da qeyd edilib.




16/09/11    Çap et