Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Rosatom” dövlət korporasiyasının nümayəndə heyəti “Milli Nüvə Tədqiqatları Mərkəzi”ndə olub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 may 2014-cü il tarixli 442 saylı sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaranmış "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC (MNTM QSC) tərəfindən respublikamızda nüvə elmləri, nüvə və radiasion texnologiyalarının dinc məqsədlərlə inkişafı, tədqiqat nüvə reaktoru daxil olmaqla, bu sahədə maddi-texniki bazaların yaxşılaşdırılması və yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi üçün geniş işlər aparılır, inkişaf etmiş nüvə ölkələrinin təcrübələri öyrənilir, onlarla əməkdaşlıq edilir.
Bu çərçivədə Rusiya Federasiyasının "Rosatom" dövlət korporasiyasının nümayəndə heyəti "MNTM QSC-də olub və bir sıra görüşlər keçirib.
Qonaqlar MNTM QSC-in infrastrukturu ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nümayəndə heyəti, həmçinin rabitə və yüksək texnologiyalar nazirinin müavini E.Vəlizadə tərəfindən qəbul edilib.
Nümayəndə heyətinin rəhbəri professor M.A.Litvinov Rusiya Federasiyasının "Rosatom" dövlət korporasiyasının "Atom sahəsində beynəlxalq əməkdaşlığın inkişafı döş nişanı"nı MNTM QSC-in sədri akademik A.A.Qəribova təqdim edib.
11/11/15 Çap et