Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil proqram smartfonların sahiblərinə aclıqdan əziyyət çəkən uşaqları qidalandırmağa imkan verəcək


Ümumdünya Ərzaq Proqramı (ÜƏP) yeni «ShareTheMeal» adlı mobil proqram buraxıb. İnsanlar öz smartfonlarının köməyi ilə bütün dünyada aclıqdan əziyyət çəkən uşaqlara kömək edə bilər.
 
 
«ICTnews.az» saytı BMT-nin saytına istinadən yazır ki, mobil proqram artıq Almaniya, İsveçrə və Avstriyada sınaqdan keçirilib və nəticə bütün gözləntiləri üstələyib. 120 min abunəçinin ianəsi Lesotoda təxminən 2 milyon uşağı qidalandırmağa imkan verib.
 
 
ÜƏP ekspertləri bildiriblər ki, bu mobil proqramın potensialı çox böyükdür, çünki dünyada smartfon sahiblərinin sayı aclıqdan əziyyət çəkən uşaqlardan 20 dəfə çoxdur. Həmçinin xatırladılıb ki, bir uşağı qidalandırmaq üçün 50 sent kifayətdir.
 
 
Emil Hüseynov




12/11/15    Çap et