Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2015-ci ildə dünyada mobil messencerlərdən istifadə edənlərin sayı 1,4 milyard təşkil edəcək
«eMarketer» analitik şirkətinin məlumatına əsasən, 2015-ci ilin nəticəsinə görə, dünyada 1,4 milyard nəfər mobil messencerlərdən istifadə edəcək. Bu göstərici ötən illə müqayisədə 31,6 faiz yüksəkdir.
Deməli, cari ilin sonuna smartfon istifadəçilərinin təxminən 75 faizi messencerlərin köməyi ilə ünsiyyət saxlayacaq. 2018-ci ilə belə mobil proqram istifadəçilərinin sayı 2 milyarda yaxınlaşacaq və smartfon istifadəçilərinin 80 faizini təşkil edəcək.
«ICTnews.az» saytı «vedomosti.ru» saytına istinadən yazır ki, «WhatsApp», «Facebook Messenger», «WeChat», «Line» və «Snapchat» dünyada ən populyar messencerlərdir. Analitik şirkətin hesabatında qeyd edilib ki, «Facebook» şirkətinə məxsus «WhatsApp» və «Facebook Messenger» messencerləri dünyanın 20-dən çox ölkəsində böyük auditoriya ilə bu bazarın əsas iştirakçılarıdır. Cari ilin sentyabrında «WhatsApp»ın auditoriyası 900 milyonu, «Facebook Messenger»də isə 700 milyonu ötüb.
Cənub-şərqi Asiyada mobil messencerlər daha populyardır: bu regionda belə mobil proqram istifadəçilərinin 58 faizi yaşayır. Latın Amerikası ölkələrində hər ay mobil qurğu sahiblərinin 68,1 faizi messencerlərdən istifadə edir. «eMarketer» proqnozlaşdırır ki, 2019-cu ilin sonuna onların sayı 77,4 faizədək artacaq.
Emil Hüseynov
12/11/15 Çap et