Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azercell Telekom” şirkəti abunəçilərinə yeni mobil servis təqdim edib
Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telekom” şirkəti bu gün “BOOKMATE” adlanan yeni mobil servisin təqdimatını keçirib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Bookmate” kitabları smartfonlara yükləyərək daha rahat oxumaq üçün yaradılan yeni mobil kitabxanadır.
Tədbirdə çıxış edən şirkətin icraçı direktoru Vahid Mürsəliyev bildirib ki, bu cür servislərdən daha rahat istifadə etmək üçün önəmli faktorlardan biri yüksəksürətli internetin olmasıdır və bununla “Azercell” şirkəti istifadəçilərini təmin edir.
Yeni onlayn kitabxanada Azərbaycan dilinə tərcümə edilmiş dünyanın məşhur yazıçılarının 500 min kitabı toplanıb. “Azercell” abunəçiləri yeni servisi “AppStore” və ya “GooglePlay”-dən yükləyə bilərlər.
Qeyd edək ki, yeni servis “Barama” İnnovasiya və sahibkarlıq mərkəzinin məhsuludur.
Aynur Vəliyeva
12/11/15 Çap et