Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın 100 innovativ şirkəti bəlli olub


«Thomson Reuters»in versiyasına görə, ABŞ-ın «Amazon.com» ticarət platforması dünyanın 100 innovativ şirkətindən ibarət reytinqdə 1-ci pilləni tutub.
 
 
«Amazon» məlumatların işlənməsi mərkəzləri, elektron sistemlər və avadanlıq sahələrində bir sıra ciddi dəyişikliklər nəticəsində ilk dəfə innovativ şirkətlərin siyahısına daxil edilib.
 
 
«Thomson Reuters» hər il ən innovativ şirkətlərin reytinqini tərtib edir.
 
 
Bu il reytinqdən «AT&T», «IBM», «Siemens» və «Xerox» daxil olmaqla 27 şirkət çıxarılıb.
 
 
Daha çox innovativ şirkət ABŞ və Yaponiyada yerləşir.
 
Emil Hüseynov
 




12/11/15    Çap et