Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda Regional Rabitə Birliyinin informasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli işçi qrupunun növbəti iclası keçiriləcək
Bakıda bu il dekabrın 2-5-də keçiriləcək beynəlxalq “Bakutel 2015” sərgi-konfransı çərçivəsində Regional Rabitə Birliyinin informasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli işçi qrupunun növbəti iclası keçiriləcək.
“ICTnews” xəbər xidmətinin Regional Rabitə Birliyinə istinadən verdiyi məlumata əsasən, tədbir çərçivəsində MDB ölkələrində informasiya cəmiyyətinin inkişafının perspektiv istiqamətləri müəyyən ediləcək.
Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iclasda “RRB-yə üzv ölkələrdə rəqəmli bazarın inkişafı perspektivləri haqda” və “İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli işçi qrupun 2016-2017-ci illərdə iş planının layihəsi” mövzusunda məruzə ilə çıxış edəcək.
Tədbir çərçivəsində həmçinin “RRB-yə üzv ölkələrdə elektron hökumət infrastrukturunun inkişafı”, “İnternet infrastrukturunun beynəlmiləlləşdirilməsi məsələləri”, “Proqram təminatı bazarında inhisarçılığın qarşısının alınması”, “İKT-də təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq”, “İnformasiya təhlükəsizliyi sahəsində MDB-də əsas təşkilatın fəaliyyət istiqamətləri haqda” və s. mövzularda məruzələr təqdim ediləcək.
Aynur Vəliyeva
13/11/15 Çap et