Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ən nəhəng məlumat emalı mərkəzləri harada yerləşir?
«Synergy Research Group» analitiklərinin məlumatına əsasən, ABŞ-ın məlumat emalı mərkəzləri həcminə görə Çini 4 dəfə ötür.
Analitiklərin hesablamalarına görə, 2015-ci ilin ikinci rübündə dünyada məlumat emalı mərkəzlərinin 44 faizi ABŞ-da yerləşir. Çinin payı 10 faiz təşkil edir. Məlumat emalı mərkəzləri bazarında Avstraliya, Böyük Britaniya, Yaponiya və Sinqapurun payı müvafiq olaraq 5 faizdir.
Almaniya və Hollandiyanın payına 4 faiz düşür. Məlumatların emalı mərkəzləri bazarında qalan ölkələrin payı 18 faiz təşkil edir.
Emil Hüseynov
13/11/15 Çap et