Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tim Kuk: “Gələcək nəsil nağd puldan istifadə etməyəcək”


«Apple»ın baş direktoru Tim Kuk əmindir ki, gələcək nəsil nağd puldan istifadə etməyəcək. O, tələbələrlə görüşü zamanı bu haqda məlumat verib.
 
 
Kuk deyib ki, nağd pul gözlənildiyindən daha tez dövriyyədən çıxarılacaq.
 
"Uşaqlarınız nağd pulu ümumiyyətlə görməyəcək" – "Apple Pay" ödəmə sistemindən danışan baş direktor bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə nağd pul insanların gündəlik həyatından yoxa çıxacaq.
 
"ICTnews.az" saytı "macdigger.ru" saytına istinadən yazır ki, elektron puldan istifadə artıq populyarlaşır.
 
 
Tim Kuk elektron ödəmə sistemləri məsələsi haqda təsadüfən danışmayıb. Belə ki, "The Wall Street Journal" qəzeti yazır ki, "Apple"  istifadəçilərə bir-birinə mobil qurğuların köməyi ilə pul ötürməyə imkan verəcək ödəmə xidməti üzərində işləyir.
 
 
Emil Hüseynov




13/11/15    Çap et