Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RYTN-in telefon nömrəsi üzrə axtarış sistemi istifadə sayına görə 3-cü olub


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Telefon nömrəsi üzrə axtarış"  elektron xidməti oktyabr ayında "Elektron hökumət" portalı vasitəsi ilə ən çox müraciət olunan 20 e-xidmət arasında 3-cü mövqedə qərarlaşıb.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, ötən ay istifadəçilər bu xidmətdən  67729 dəfə faydalanıblar.
 
Xidmətdən yararlanmaq istəyən istifadəçi telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur.
 
Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar.  Elektron xidmət həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanı verir.
 
CAHANGİR




14/11/15    Çap et