Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsində çalışır
2015-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1506,3 min nəfər olub, onlardan 877,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 629,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
“ICTnews” elektron xəbər xidməti bildirir ki, DSK-nın açıqladığı statistik göstəricilərə görə, muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə, 22,2 faizi təhsil, 12,1 faizi sənaye, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət və qalan faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2015-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artaraq 461,1 manat olub. İqtisadiyyatın informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
SEYMUR
16/11/15 Çap et