Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa piyadaları yolu telefondan ayrılmadan keçirlər


“Ford” şirkəti on Avropa ölkəsində tədqiqat apararaq getdikcə daha çox piyadanın yolu mobil qurğuya aludə olaraq ətrafdakı vəziyyətə məhəl qoymadan keçməsini müəyyənləşdirib.  
 
Məlumata görə, yolu keçən 18-24 yaşlı gənclərin 86 faizi əksər hallarda gözlərini telefondan çəkmir. Bu yaş qrupunda insanların 68 faizi yolu keçəndə telefonla danışır, 62 faizi musiqi dinləyir, 34 faizi SMS yazır.   
 
Bütün yaş qrupları ümumiləşdirilsə, mobil qurğuların respondentlərin 65 faizinin diqqətini yoldan ayırmasının şahidi olarıq.
 
Tədqiqatdan məlum olub ki, ən səhlənkar piyadalar Rumıniya sakinləridir. Burada rəyi soruşulanların 83 faizi etiraf edib ki, yolu keçərkən eyni anda telefon və ya planşetlə işləyir. Bu göstərici üzrə sonrakı yerlərdə İtaliya (67 faiz) və İspaniya (65 faiz) qərarlaşıb.
 
Respondentlərin 22 faizi bildirib ki, yolu keçən zaman mobil qurğudan istifadə etməsinə görə yol nəqliyyat hadisəsi və ya təhlükəli vəziyyətlə üzləşib, - "Telekomza” yazır.




16/11/15    Çap et