Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində «4,5G» rabitə şəbəkəsi təqdim edilib


Çinin «Huawei» şirkəti və Honkonqun «HKT» provayderi məlumatların ötürülməsi üçün 1 Qbit/san sürətini dəstəkləyən «4,5G» mobil şəbəkəsini təqdim ediblər.
 
 
«ICTnews.az» saytı «cableman.ru» saytına istinadən yazır ki, maksimum yükləmə sürəti 1,2 Qbit/san təşkil edən şəbəkənin imkanları Honkonqda keçirilmiş «Global Mobile Broadband Forum 2015» çərçivəsində sınaqdan keçirilib.
 
 
Gözləntilərə əsasən, 2016-cı ildə «4,5G» standartını dəstəkləyən xidmətlərin kütləvi tətbiqinə başlanılacaq. Belə sürət kompüterlərarası kommunikasiya, "Əşyaların interneti"nin təşkili, həmçinin virtual reallıq eynəklərindən istifadəyə əsaslanan xidmətlərin işində tələb oluna bilər.
 
 
"Bu texnologiya genişzolaqlı çıxışa malik mobil şəbəkə üçün yeni sürət standartına çevriləcək.
 
 
Emil Hüseynov




16/11/15    Çap et