Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda ilin əvvəlindən 1437 sanksiyalaşdırılmamış insident qeydə alınıb
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin statistikasına əsasən, ölkədə oktyabr ayında 173 sanksiyalaşdırılmamış insident qeydə alınıb.
"ICTnews" elektron xəbər xidmətinin "www.cert.gov.az" saytına istinadən verdiyi məlumata görə, qeyd edilən insidentlərin 159-nun qarşısı alınıb. Bu ilin sentyabr ayı ilə müqayisədə insidentlərin sayı 19 faiz artıb. Cari ilin əvvəlindən ölkədə 1437 sanksiyalaşdırılmamış insident qeydə alınıb.
Mərkəz tərəfindən Azərbaycanın müvafiq qurumlarına oktyabr ayında 18 audit raportu göndərilib. Ötən ay ərzində “cert.gov.az” tərəfindən 5 subdomen qeydə alınıb, yeni domen isə qeydə alınmayıb.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanda 1582 sanksiyalaşdırılmamış insident qeydə alınıb, onlardan 1558-nin qarşısı alınıb.
Aynur Vəliyeva
16/11/15 Çap et