Barselona ictimai nəqliyyatında kontaktsız ödənişlər xidməti istifadəyə verilir
İspaniyanın Barselona şəhərinin sakinləri bundan sonra ictimai nəqliyyatda gediş haqqını ödəmək üçün kontaktsız ödəniş kartlarından, "NFC" funksiyalı smartfonlardan və "ağıllı" saatlar kimi daşınan qurğulardan istifadə edə biləcəklər.
Avtobuslar və metro ilə yanaşı, kontaktsız avtomagistralda gediş haqqını və ya icarəyə velosiped götürmək üçün ödəniş etmək mümkün olacaq.
Barselonanın maqnit lentli biletlərdən imtina edərək çipli biletlərə 2016-cı ildə keçməsi nəzərdə tutulur. İkinci mərhələdə Kataloniya ərazisinin bütün nəqliyyat sistemində kontaktsız ödənişlər şəbəkəsinin genişləndirilməsi planlaşdırılır.
"T-Mobilitat" kontaktsız ödənişlər xidməti iki variantda - smartfon üçün mobil əlavə və ya smart kart şəklində təqdim edilir. Hər iki həll şəhərin bütün nəqliyyatında ödənişi həyata keçirməyə imkan verir.
"Bizim çiplər ödəniş məlumatlarını o qədər tez və etibarlı ötürür ki, sərnişinlərin turniketi keçən zaman bileti pul kisəsindən və ya cibindən çıxarmasına ehtiyac qalmır", - "Infineon" şirkətinin vitse-prezidenti Andreas Libheyt bildirib, - "
Payspacemagazine" yazır.