Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tarixin bu günü elektrik hesablama sisteminin yaradıcısı dünyasını dəyişib


1929-cu il noyabrın 17-də amerikalı tanınmış mühəndis, elektrik hesablama sisteminin yaradıcısı Herman Hollerit dünyasını dəyişib.

O, 1860-cı il fevralın 29-da alman mühacirlərinin ailəsində anadan olub. Herman Kolumbiya universiteti nəzdində dağ-mədən məktəbini bitirdikdən sonra bir müddət əhalinin siyahıya alınması bürosunda, bundan sonra Massaçusets Texnologiya Universitetində müəllim vəzifəsində işləyib.

1884-cü ildə Hollerit ABŞ-ın Patent Bürosunda işləməyə başlayıb, həmçinin öz ixtiraları üzərində işləyib. O, 1880-ci illərdə perfokartlarla işləmək üçün avadanlıq yaradıb, 1890-cı ildə əhalinin siyahıya alınması üçün nəzərdə tutulmuş elektrik hesablama sistemi üzrə dissertasiya müdafiə edib.

1896-cı ildə Hollerit "Tabulating Machine Company" (TMC) şirkətini təsis edib, 1911-ci ildə isə onu Çarlz Flintə satıb. 1924-cü ildə sonuncu şirkətin adı dəyişdirilərək "IBM" adlandırılıb.

Emil Hüseynov
 




17/11/15    Çap et