Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi 8,1 fazi artıb


Dövlət Statistika Komitəsi ölkənin informasiya və rabitə müəssisələrinin bu ilin yanvar-oktyabr aylarında  göstərdiyi xidmətlərin həcmini açıqlayıb.
 
Komitədən verilən məlumata görə, ötən on ay ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1363,8 milyon manatlıq xidmətlər göstərib. Onların da 72,8 faizi əhali sektoruna aid olub.
 
Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 8,1 faiz artıb. Bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.
 
CAHANGİR




17/11/15    Çap et