Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “TestBaku 2015” keçiriləcək


Bakıda dekabrın 8-də “Keytorq” şirkətinin təşkilatçılığı ilə “TestBaku-2015” konfransı keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə bank, sığorta, telekom və digər sahələrdə çalışan proqramçılar, biznes analitikləri, layihə menecerləri, sistem analitikləri, test mühəndisləri iştirak edəcəklər.
 
Konfrans çərçivəsində Keytorcun menecment üzrə tərəfdaşı Barış Sarıalioğlu
“Global Software Testing Trends & Insights” mövzusunda, “Azerbaijan Testing Board” (AZTB) qurumunun rəhbəri Vüsal Şahbazov Azərbaycanda keçirilmiş proqram təminatı bazarının qiymətləndirilməsi üzrə hesabatını təqdim edəcək.
 
Daha sonra Barış Sarıalioğlunun, “Bank of Baku”nun nümayəndəsi   Nahid Zeynalovun, “Khazar Universitesi Teknoparkı”nın direktoru Özden Doyuranın, “Gantek Technology” şirkətinin Qafqaz və Şərqi Avropa ölkələri üzrə regional meneceri Şahan Demirkanın, “Cybernet” şirkətinin nümayəndəsi Vüsal Məsiyevin iştirakı ilə  Azərbaycanın İT sənayesi ilə bağlı panel müzakirələr aparılacaq.
 
Aynur Vəliyeva
 




17/11/15    Çap et