Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb


2015-ci ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 45,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,3 faiz çox ümumi daxili məhsul istehsal edilib.
 
"ICTnews.az" bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. DSK-nın "2015-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri" hesabatında qeyd edilir ki, əlavə dəyərin 2,0 faizi informasiya və rabitə, 33,8 faizi sənayedə, qalan faizlər isə digər sahələrdə istehsal edilib.
 
 
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-oktyabr aylarında 22,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib.
 
 
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 98,6 faiz artıb.
 
 
DSK-nın apardığı müşahidələrə görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,6 faiz artıb, neft sektorunda isə 0,6 faiz azalıb. "İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 noyabr 2015-ci il vəziyyətinə 330,2 milyon manatlıq hazır məhsul olub".
 
 
Seymur Qasımbəyli




18/11/15    Çap et