Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

20 kilometr hündürlükdən dünyanı internetlə təmin etmək


1997-ci ildə BTİ-nin radiorabitə sektoru 20-50 km hündürlükdə yerləşən stansiyalar («HAPS») üçün tezlik diapazonunun müəyyən edilməsi haqda məsələni araşdırmağa başlayıb və o dövrdə belə stansiyaların köməyi ilə mobil genişzolaqlı internetə çıxışın yaradılması ideyası xəyal kimi görünürdü.
 
 
O dövrdə yalnız günəş enerjisi ilə işləyən uçan aparatı havada fasiləsiz saxlayan və onun köməyi ilə internetə çıxış imkanı yaradan texnologiyalar deyil, həm də mobil genişzolaqlı internet anlayışı mövcud deyildi. 1997-ci ildə telefon xətti ilə işləyən modemin köməyi ilə internetə daxil olurdular.
 
 
İllər sonra günəş enerjisi ilə işləyən «HAPS» stansiyaları internet qoşulma ilə təmin edilməmiş rayonların internetə çıxışının təminində mühüm rol oynamağa başlayıb.
 
 
 
Hər bir şəxs internetə çıxış imkanına malik olmalıdır
 
 
İnternet və xüsusilə mobil internet ünsiyyət və informasiya mübadiləsi üçün güclü platformadır. İnternetə çıxışa malik olan insan təhsil alətlərdən istifadə edə, tibbi, vakansiyalar və dünyada baş verən xəbərlər haqda məlumat əldə edə, həmçinin öz yaxınları ilə əlaqə saxlaya bilər.
 
 
Bir çoxları internetsiz öz həyatını təsəvvür etmir.
 
 
Bununla belə, bu yaxınlarda dərc edilmiş məlumatlara əsasən, 4 milyard insan – əsasən inkişaf etməkdə olan ölkələrin sakinləri əvvəlki kimi internetə çıxışa malik deyil.
 
 
Bundan başqa, internetin nüfuzetmə səviyyəsinin artım tempi azalıb: bu göstərici 2010-cu ildə 10 faizdən 2014-cü ildə 7 faizədək azalıb.
 
 
İnternetin nüfuzetmə səviyyəsi üzrə tempin azalması onu göstərir ki, internetə qoşulmanın təmini ilə bağlı problemlər artan xətt üzrə inkişaf edir. Bu, həmçinin onu bildirir ki, 4 milyard insanı internetə qoşmaq üçün yeni ideya və innovativ yanaşmalara ehtiyac var. Əgər rəqəmli fərqi aradan qaldırmaq üçün zəruri tədbirlər görülməsə, hələ də bir çoxları internetə qoşulmuş dünyanın bir hissəsi olmayacaq. Biz yeni həllər axtarmalıyıq.
 
 
«HAPS» xidmət provayderlərinə dünyanı birləşdirməyə kömək edə bilər
 
 
İnternet bu gün ondan istifadə edə bilməyənlərin bir çoxu üçün bahadır, əksəriyyət onun üstünlükləri haqda xəbərsizdir, bir qismi isə internet qoşulma ilə təmin edilməmiş rayonlarda yaşayır.
 
 
İnternet infrastrukturu ilə bağlı problem ilk növbədə kənd rayonlarında yaşayan insanlara toxunur, çünki belə rayonlarda infrastrukturun yaradılması xidmət provayderləri üçün iqtisadi cəhətdən səmərəsizdir.
 
 
Nəticədə dünya əhalisinin 30 faizdən çoxu mobil genişzolaqlı əlaqə ilə əhatə olunmamış rayonlarda yaşayır. Planetin əhalisinin 50 faizinin yaşadığı kənd rayonlarında bu göstərici 70 faizdən çoxdur.
 
 
Kompozit materialların, az güclü hesablama texnikası, akkumulyator texnologiyaları və günəş panellərinin hazırlanmasında əldə edilmiş son nailiyyətlər sayəsində «HAPS» atmosferdən gələn yüksək buraxılış qabiliyyətli aralıq xəttin yaradılması nəticəsində kənd rayonlarında simsiz şəbəkələrin sürətlə yayılması vasitəsinə çevrilib.
 
 
Ancaq «HAPS»-ın genişzolaqlı çıxışın təmini üçün lazım olan belə keçirtmə qabiliyyətini təmin etməsi üçün onlara beynəlxalq səviyyədə razılaşdırılmış kifayət qədər həcmdə spektr ayırmaq lazımdır.
 
 
Emil Hüseynov
 




18/11/15    Çap et