Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda peyklərin orbitə buraxılması kosmik elmin inkişafına zərurət yaratmaqdadır


Azərbaycanda peyklərin orbitə buraxılması hazırda kosmik elmin inkişafına zərurət yaratmaqdadır.
 
 
AMEA prezidenti, akademik Akif Əlizadə bu fikri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin geniş iclasında bildirib.
 
AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda prezident İlham Əliyevin  irəli sürdüyü elmi prioritetlərdən söz açan A.Əlizadə qeyd edib ki, ölkədə kosmik sənayenin inkişafı istiqamətində bir neçə il əvvəl mühüm addımlar atılıb, o cümlədən iki peyk buraxılıb və üçüncü peykin orbitə qaldırılması nəzərdə tutulur.
 
Ölkə başçısının proqram xarakterli çıxışında yüksək texnologiyalara dair araşdırmaların xeyli güclənməsinin vacibliyinə də toxunduğunu xatırladan AMEA prezidenti əlavə edib ki, bu məsələlər elmin üzərinə böyük vəzifələr qoyur.
 
Elmlərarası proqramların genişlənməsindən də söz açan A.Əlizadənin sözlərinə görə, bu proses Azərbaycan elminin gələcəkdə uğur və elmi yeniliklər qazanmasının bazisidir. 
 
 
 
Həqiqət İSABALAYEVA




18/11/15    Çap et