Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2015-ci ildə «LTE» qurğularının tədarükü 60 faiz yüksələcək
Cari ildə beynəlxalq mobil rabitə sektorunun inkişafı əsasən mobil operatorlar tərəfindən «4G» şəbəkəsinin genişləndirilməsi ilə bağlıdır. Gələn il operatorlar şəbəkə infrastrukturunu «LTE» standartına kimi müasirləşdirməyə və «4G»-nin istifadəçi bazasını artırmağa davam edəcək.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, «TrendForce» analitiklərinin proqnozuna əsasən, 2016-cı ildə «LTE» texnologiyasını dəstəkləyən cihazların tədarükü 46,2 faiz artaraq 900 milyona yaxınlaşacaq və 2017-ci ildə daha 45,2 faiz artaraq 1,3 milyarda çatacaq.
2015-ci ildə təxminən 610 milyon «LTE» qurğu dünya bazarına tədarük olunacaq ki, bu da ötənilki nəticədən 60 faiz çoxdur.
Mütəxəssislər, həmçinin bildiriblər ki, aparıcı rabitə operatorları növbəti nəsil şəbəkəsinin («5G») qurulmasında təşəbbüsü ələ keçirməyə tələsir. Hazırda «5G» şəbəkəsi üçün texniki tələblər işlənir, 2020-ci ildə yeni simsiz rabitə standartının tətbiqi gözlənilir.
Emil Hüseynov
18/11/15 Çap et