Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron hökumət” portalında daha bir yenilik edilib
Şəffaflıq istiqamətində "Elektron hökumət" portalının reallaşdırdığı təşəbbüslərin sırasına bir yenilik də əlavə olunub.
"ICTnews" elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, artıq portal istifadəçiləri hər bir xidmət üzrə gün, həftə, ay ərzində və ümumi istifadə sayına onlayn rejimdə baxa biləcəklər.
Elektron xidmətlərin istifadə statistikasının açıq edilməsi aktual istifadə olunan xidmətləri önə çəkməklə bərabər, həmçinin qurumlar arasında rəqabət mühiti formalaşdırmış olacaq.
CAHANGİR
18/11/15 Çap et